SÜLB AXIM

müəyyən vaxt ərzində /sutka, dekada, mövsüm, il/ çayın en kəsiyindən keçən diblə aparılan, asılı və həll olan maddələrin kütləsi. Adətən tonla ölçülür və çayın hövzəsində eroziyanın intensivliyini səciyyələndirir. твердый сток sediment flow, sediment runoff
SÜXURLARIN KEÇİRMƏ QABİLİYYƏTİ
SÜRƏTLƏNMİŞ EROZİYA, ANTROPOGEN EROZİYASI
OBASTAN VİKİ
Axım
Yağış və qar sularının su hövzələrinə və relyefin çökək yerlərinə axması: yer səthi ilə-səthi axım, torpağın altı ilə — yeraltı axım; müəyyən vaxt ərzində çay məcrası ilə axan suyun miqdan. Axımın istənilən ərazidə paylanmasını səciyyələndirmək üçün axım modulu və ya axımın layı izoxətt xəritələrindən istifadə olunur. Bu xəritələr çay hövzəsinin iqlim, coğrafi şəraitindən asılı olaraq tərtib edilir. Xəritələri tərtib etmək üçün əvvəlcədən toplanmış faktiki məlumatlar əsasında ayrı-ayrı çay hövzələri və onların hissələrinə aid axım normalarının qiymətləri hesablamr. Alınmış qiymətlər xəritə üzərində həmin ərazilərin ağırlıq mərkəzlərində qeyd edilir. Axım normasına dair eyni qiymətli nöqtələr səlis əyri ilə- izoxətlərlə birləşdirilir. Çay hövzəsinin səthindən vahid zamandakı axımın orta miqdarı, L (san-kv km) ilə ifadə olunur. Eroziya prosesini səciyyələndirmək üçün çay şəbəkəsində aylıq, mövsümi, yaxud illik sülb axımı. Bəzən eroziya modulu da adlanır. Eroziya modulu (asılı materialların axım modulu) 1 kv km sutoplayıcı sahədən axan sülb axının tonla miqdarıdır.
Axım modulu
Axım xəritələri
Bioloji axım
Bioloji axım – çaylarda diri və ölü orqanizmlərin, çirkləndirici maddələrin aşağıya, dənizlərə və okeanlara doğru yerdəyişməsidir. == Ədəbiyyat == 1. Axundov M.A., Mehrəliyev Ə.Ə., Əliyev A.R., Muradova E.Ə. Bioloji terminlər lüğəti. Bakı, 2005, 260 s.
Yeraltı axım
Yeraltı axım hövzənin geoloji quruluşunun əsas funksiyasıdır. Ərazinin geoloji quruluşunun mürəkkəbliyindən asılı olaraq yeraltı suların formalaşması və çayların yeraltı sulardan qidalanması şəraiti də müxtəlifdir. Yüksək dağlıq ərazilərdə yeraltı suların qidalanma şəraiti az öyrənilmişdir. Burada yeraltı axım əsasən dellüvial və allüvial çöküntülərdə formalaşır, onun rejimi isə çox halda atmosfer yağıntılarının paylanmasından asılıdır. Yeraltı sularla ən bol ərazilər Böyük Qafqazın cənub yamacında orta yuranın qum daşları və şistlərin yayıldığı sahələrdir. Bu qatlara aid olan bulaqların orta debiti 7–8 l/s-yə çatır. Şimal-şərq yamacın dərin dərələrində debiti 50 l/san-ə çatan çoxlu bulaqlar mövcuddur. Bu rayonlarda yeraltı qidalanma çay axımının əsas hissəsini təşkil edir. Geoloji quruluşun və çay hövzələrinin hidrogeoloji şəraitinin qidalanmaya təsiri Kiçik Qafqaz ərazisində özünü daha aydın göstərir. Kiçik Qafqazın çay hövzələri vulkanogen süxurlardan və sukeçirən çöküntülərdən ibarətdir.

Значение слова в других словарях